...

Azərbaycanın müdafiə naziri Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisini qəbul edib

Siyasət Materials 25 May 2006 19:48 (UTC +04:00)

Mayın 25-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Sergey Kiriçenkonu qəbul edib. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin press-relizində bildirilir.

S.Əbiyev qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən, hərbi sahədə fəal əməkdaşlığa başlayıb. Regionda hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, o, qeyd edib ki, Ermənistan pozucu mövqe tutur və Azərbaycan torpaqlarının işğalını qanuniləşdirməyə cəhd edir. "Lakin biz buna yol verməyəcəyik. Bizim məqsədimiz ölkənin ərazi bütövlüyünün bərpasıdır", - deyə nazir qeyd edib.

S. Kiriyenko qeyd edib ki, Ukrayna Azərbaycanla əlaqələrin səviyyəsinə xüsusi əhəmiyyət verir və ikitərəfli hərbi əməkdaşlığı dərinləşdirmək gücündədir. O, həmçinin, Ukrayna ordusunda keçirilən islahatlar barədə də danışıb.

Görüşdə hər iki ölkənin ordu quruculuğunun gedişi, hərbi əməkdaşlığın inkişafı, Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti