...

Rüstəm Usubov: Hacı Məmmədovun cinayət işi üzrə sənədlər məhkəməyə gedib

Siyasət Materials 31 May 2006 15:48 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyatçısı Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstənin cinayət işi üzrə materiallar məhkəmə baxışına göndərilib. Trend "ANS"-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Baş prokurorunun birinci müavini Rüstəm Usubov məlumat verib.

İş üzrə məhkəmə baxışı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək.

Qeyd edək ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunanların sayı 27 nəfərdir. Həmin şəxslər arasında daxili işlər nazirinin sabiq müavini Zakir Nəsirov, "Kapitalbank"ın İdarə Heyəti sədrinin sabiq müavini Elçin Əliyev və digərləri də var.

Xəbər lenti

Xəbər lenti