13 may 2006-cı ildə Azərbaycanda 10 dairədə keçirilmiş Milli Məclisə təkrar seçki ilə bağlı yekun qərarı Konstitusiya Məhkəməsinin (KM) sədr müavini Sona Salmanova elan edəcək. Bu barədə Trend ə KM-nin mətbuat xidmətindən məlumat verilib.
Seçki ilə bağlı sənədlər qanunvericilkdə nəzərdə tutulmuş müddət ərzində tam öyrənilib təsdiq olunması üçün KM sədr müavini Sona Salmanova və hakim Rəfael Qvaladzenin icraatına verilib. İyunun 5-də həmin hakimlərin sədrliyi ilə Plenum iclası keçiriləcək və həmin tarixdə yekun qərar elan olunacaq. İclasın işində Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri də iştirak edəcək.