...

Avropa dövlətlərinin ATƏT-dəki səfirləri Azərbaycanda bir sıra görüşlər keçirib

Siyasət Materials 1 İyun 2006 15:15 (UTC +04:00)

Avropa dövlətlərinin ATƏT-dəki bir sıra səfirlərinin Azərbaycana səfəri davam edir. ATƏT-in Bakı ofisindən Trend ə verilən məlumata görə, iyunun 1-də günün birinci yarısında səfirlər QHT nümayəndələri və KİV sahəsində ekspertlərlə görüşüb. Azərbaycanda 13 may təkrar parlament seçkiləri əsas müzakirə mövzusu olub.

Bundan başqa səfirlər XİN başçısının müavini Araz Əzimovla da görüşüb.

Günün ikinci yarısında səfirlər Şüvəlan qəsəbəsində yerləşən polis məktəbinə baş çəkəcək. Qeyd edək ki, burada ATƏT-in Bakı ofisinin dəstəyi ilə məktəbin yenidənqurulması layihəsi gerçəkləşdirilir.

Səfər səfirlərin Azərbaycandakı bir sıra diplomatik missiyaların rəhbərləri ilə görüşündən sonra başa çatacaq. Səfərin yekunlarına həsr olunmuş hər hansı mətbuat konfransı keçirilməyəcək və heç bir bəyanat verilməyəcək.

Qeyd edək ki, İspaniya, Almaniya, Norveç və Lixtenşteynin ATƏT-dəki səfirləri regional səfər çərçivəsində Azərbaycana gəlib. Onlar əvvəlcə Ermənistanda olub və mayın 28-də axşam Gürcüstana yola düşüb. Mayın 30-da səfirlər Tiflisdə Gürcüstanın baş naziri Zurab Noqaideli ilə görüşüb və daha sonra Bakıya yola düşüb.

Xəbər lenti

Xəbər lenti