...

Azərbaycanlı qaçqınlar Ermənistanda $20 mlrd dəyərində daşınmaz əmlak qoyub

Siyasət Materials 2 İyun 2006 13:31 (UTC +04:00)
Azərbaycanlı qaçqınlar Ermənistanda $20 mlrd dəyərində daşınmaz əmlak qoyub

Ermənistanın soyqırım siyasəti nəticəsində doğma torpaqlarından qovulmuş azərbaycanlılar Ermənistanda $20 mlrd dəyərində daşınmaz əmlak qoyub. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 2-də keçirilmiş mətbuat konfransında Azərbaycan Milli Elmər Akademiyasının İnsan Haqları İnstitutunun direktoru Rövşən Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfində bu faktları təsdiqləyən kifayət qədər material var. Öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların beynəlxalq məhkəmələrdə öz hüquqlarının bərpası ilə bağlı məsələ qaldırmaq hüququ var. Beynəlxalq Konvensiyanın insan hüquqları ilə bağlı 34-cü bəndi onlara İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək və Ermənistandan kompensasiya tələb etmək hüququ verir", - deyə o qeyd edib.

Ermənistandan qovulmuş azərbaycanlıların həmin dövlətdə əmlakının olması faktlarını təsdiqləyən 120 cilddə materiallar hazırlanıb. Bu barədə jurnalistlərə Qaçqınlar Cəmiyyətinin başçısı Abbas Səfərov bildirib. Onun sözlərinə görə, hazırda qaçqınların sayı 250 min nəfərdir. Cəmiyyətin başçısı onu da qeyd edib ki, hazırlanmış materiallar insan haqları üzrə Avropa Məhkəməsinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti