...

Buxarestdə "Qara Dəniz Dialoq və Tərəfdaşlıq Forumu" zirvə görüşünün proqramı açıqlanacaq

Siyasət Materials 3 İyun 2006 12:46 (UTC +04:00)
Buxarestdə "Qara Dəniz Dialoq və Tərəfdaşlıq Forumu" zirvə görüşünün proqramı açıqlanacaq

İyunun 4-dən 6-dək Buxarestdə keçiriləcək "Qara Dəniz Dialoq və Tərəfdaşlıq Forumu" zirvə görüşünün proqramı açıqlanıb. Trend agentliyi xəbər verir ki, iyunun 4-də zirvə görüşü iştirakılarının gəlişi gözlənilir. Elə həmin gün yerli vaxtla saat 20.00-da Rumıniya XİN rəhbəri Mixai-Razvan Unquryanu "Qrand Mariott" otelində qonaqların şərəfinə şam yeməyi verəcək.

İyunun 5-də yerli vaxtla saat 08.50-də Rumıniya parlamentinin binasında forumun rəsmi açılış mərasimi keçiriləcək.

09.00-dan 11.00-dək "Avropa və qlobal kontekstdə Qara dəniz regionu" mövzusunda aşağıdakı şəxslər çıxış edəcək: Sergey Orconikidze (BMT baş katibi Koffi Annanın adından BMT-nin Cenevrə ofisinin direktoru), Terri Devis (Avropa Şurasının baş katibi), Mark Perrin de Briçambut (ATƏT-in baş katibi), Robert Simmons (NATO-nun Cənubi Qafqaz və Orta Asiyada xüsusi nümayəndəsi), Marek Belka (Avropa iqtisad komissiyasının icraçı katibi), Peter Semnebi (AB-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissar Havyer Solananın adından, AB-nın Cənubi Qafqazda xüsusi nümayəndəsi), Erxard Buşek (AB-nın Cənub-Şərqi Avropada Sabitlik Paktı üzrə xüsusi koordinatoru), Antanas Valionis (Litvanın XİN rəhbəri), Norbert Baas (Almaniya XİN-inin Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi), Pablo Zalvidar (İspaniya XİN-inin xüsusi nümayəndəsi), Rafal Visniyevski (Polşa XİN-inin xüsusi nümayəndəsi).

11.30-dan 13.00-dək: "Qara dəniz forumu: yeni ideyalar, yeni öhdəliklər, yeni rıçaqlar" mövzusunda aşağıdakı şəxslər çıxış edəcək: Traian Basesku (Rumıniya prezidenti), Robert Koçaryan (Ermənistan prezidenti), İlham Əliyev (Azərbaycan prezidenti, Mixail Saakaşvili (Gürcüstan prezidenti), Vladimir Voronin (Moldova prezidenti), Viktor Yuşenko (Ukrayna prezidenti), İvaylo Kalfin (Bolqarıstanın XİN rəhbəri), eləcə də Yunanıstan, Rusiya və Türkiyənin hökumət nümayəndələri.

Sonra birgə bəyanatın imzalanması gözlənilir.

13.00-da kollektiv şəkil çəkdirmək, 13.10-dan 13.40-dək dövlət və hökumət başçılarının birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

14.00-dan 15.50-dək Rumıniya prezidentinin adından "Cotroceni Palace" otelində nahar veriləcək.

Günün ikinci yarısında, saat 15.00-dan 18.30-dək 4 simpozium təşkil olunacaq.

1-ci simpozium: Əməkdaşlıq memarlığı: Qara dəniz regionunda ümumi gündəliyin nizamlanması.

2-ci simpozium: Yaxşı idarəçilik - gələcəkdə strateji investisiyalar.

3-cü simpozium: Həyat qabiliyyətli inkişaf - enerji, ticarət və ətraf mühit.

4-cü simpozium: Böhranların idarə olunması: qarşısının alınması, cavab, hazırlıq və bərpa.

20.00-da Rumıniyanın XİN rəhbəri Mixai-Razvan Unquryanu "Diplomatic Club" otelində qonaqların şərəfinə şam yeməyi verəcək.

Çərşənbə axşamı, iyunun 6-da forum iştirakçıları Buxaresti tərk edəcək.

Xəbər lenti

Xəbər lenti