...

ABŞ prezidenti enerji təhlükəsizliyi sahəsində BTC və SCP boru kəmərlərinin mühüm rolunu qeyd edir

Siyasət Materials 6 İyun 2006 11:36 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş "Xəzər neft və qaz-2006" sərgisinin iştirakçılarına məktubunda Bakı-Tiflis-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərləri layihələrinin enerji təhlükəsizliyi sahəsində mühüm rolunu qeyd edib. Trend in xəbər verdiyi kimi, ABŞ prezidentinin məktubunu iyunun 6-da Bakıda bu ölkənin dövlət katibinin köməkçisi Metyu Brayzer oxuyub.

Məktubda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a sonuncu səfəri zamanı xüsusilə enerji sektorunda strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

"Biz gözləyirik ki, qaz istehsalı artacaq və bu gün tələbatın böyük olduğu Mərkəzi Avropaya tədarük olunacaq. Biz Qazaxıstan neftinin də BTC boru kəməri ilə nəqlinə yardım etmək istəyirik və enerji təhlükəsizliyini artırmaq üçün gələcəkdə də əməkdaşlıq etməyə hazırıq", - deyə məktubda qeyd olunur.

"ABŞ Avropaya qazın Yunanıstan və Türkiyə vasitəsilə ixracını və yanacağn böyük hissəsinin bu marşrutla nəqlini gözləyir. Bu, yeni tranzit dəhlizi olacaq", - deyə müraciətdə deyilir.

Əməkdaşlıqda ABŞ üçün 3 məsələ - təhlükəsizlik, demokratik islahatlar və enerji təhlükəsizliyi birinci dərəcəlidir.

Corc Buşun məktubunda prezident İlham Əliyevin Heydər Əliyevin ən yaxşı davamçısı olması vurğulanır.

Xəbər lenti

Xəbər lenti