...

Asim Mollazadə ABŞ dövlət katibi müavininin yardımçısı ilə görüşüb

Siyasət Materials 6 İyun 2006 19:17 (UTC +04:00)
Asim Mollazadə ABŞ dövlət katibi müavininin yardımçısı ilə görüşüb

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 6 iyunda ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Metyü Brayza ilə göruşub. Partiyanın mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanda demokratiyanın inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın NATO-ya inteqrasiyası, GUAM-ın inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub. Asim Mollazadə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac kəmərinin fəaliyyətə başlaması ilə əlaqədar Metyü Brayzanı təbrik edib. O qeyd edib ki, BTC kəməri layihəsinin reallaşmasında Metyü Brayzanın ilk vaxtlardan etibarən böyük rolu olub. Bu layihənin reallaşması həm Azərbaycan, həm regionun digər dövlətləri, həm ABŞ, həm də şəxsən Metyü Brayza üçün böyük nəticədir.

Asim Mollazadə həmçinin Metyü Brayzaya partiya quruculuğu haqqında ətraflı məlumat verib və onu partiyanın Azərbaycanın inkişafı istiqamətində hazırladığı islahatlar paketi ilə tanış edib.

Metyü Brayza da öz növbəsində Azərbaycanda Demokratik İslahatlar Partiyası kimi bir qurumun yaradılması münasibətilə Asim Mollazadəni təbrik edib. O ümidvar olduğunu bildirib ki, Demokratik İslahatlar Partiyası Azərbaycanda demokratik islahatların həyata keçirilməsində böyük rol oynayacaq.

Görüşdə ABŞ-ın ölkəmizdəki müvəqqəti islər vəkili Ceyson Hayland və Metyü Brayzanın köməkçisi Stiven Helman da iştirak edib.

Xəbər lenti

Xəbər lenti