Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iyunun 9-da saat 12.00-da Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi qarşısında keçirmək istədiyi icazəsiz aksiyasının qarşısı alınıb. Trend xəbər verir ki, asayişi pozan və hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərən 10 aksiya iştirakçısı həbs edilib.
Qeyd edək ki, AXCP "Bizim yol" qəzetinin baş redaktoru, partiya sədrinin müavini Bahəddin Həziyevin döyülməsinə etiraz olaraq aksiya keçirməyə cəhd göstərib.
Təxminən 20-yə yaxın aksiya iştirakçısının metronun "Bakı Soveti" stansiyasından müxtəlif şüarlar səsləndirməklə Bakı şəhər İcra Hakimiyyəti -Respublika Prokurorluğu-Daxili İşlər Nazirliyi istiqamətinə yürüş etmək cəhdinin qarşısı polislər tərəfindən alınıb. 10 aksiya iştirakçısı həbs edildikdən sonra digərləri adıçəkilən stansiya vasitəsilə ərazini tərk ediblər.