...

İlyas İsmayılov: "Milli Məclisdə fəaliyyət göstərən heç bir müxalifət qrupunda təmsil olunmaq fikrində deyiləm"

Siyasət Materials 12 İyun 2006 12:53 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən heç bir müxalifət qrupunda təmsil olunmaq fikrində deyiləm. Bu barədə Trend ə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.

Qeyd edək ki, Milli Məclisdə millət vəkili Aynur Camalqızı daxil olmaqla 5 müxalifət partiya sədrindən ibarət deputat qrupu və Pənah Hüseynov daxil olmaqla 4 müsavatçı millət vəkilindən ibarət Müsavat deputat qrupu fəaliyyət göstərir. Qruplar arasında birgə əməkdaşlıq barədə danışıqlar nəzərdə tutulsa da sonradan bəzi səbəblər üzündən bu alınmayıb.

İ.İsmayılov onu da bildirib ki, o, sərbəst fəaliyyət göstərəməyə daha çox üstünlük verir: "Əgər bu qrupların hər hansı birindən dəvət alaramsa, bunu müzakirə etmək olar".

Xəbər lenti

Xəbər lenti