...

Prezident dövlət büdcəsindən maliyyələşən bir sıra musiqi kollektivləri işçilərinin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 12 İyun 2006 19:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də dövlət büdcəsindən maliyyələşən bir sıra musiqi kollektivləri işçilərinin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Trend xəbər verir ki, sərəncam Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli, dünya xalqları, klassik musiqi və rəqs əsərlərinin təbliği nəzərə alınaraq, eyni zamanda musiqi kollektivlərində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzalanıb.

Sərəncama əsasən, Niyazi adına Simfonik Orkestrin, Dövlət Mahnı və Rəqs Ansamblının, Səid Rüstəmov adına Dövlət Xalq Çalğı Alətləri Orkestrinin işçilərinin aylıq vəzifə maaşlarının 2006-cı il iyulun 1-dən 3 dəfə artırılması üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondunun vəsaiti hesabına "Azərbaycan Televiziyası və Radio Verişləri" Qapalı Səhmdar Cəmiyyətinə 97,0 min manat, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 68,0 min manat ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti