...

Aqşin Mehdiyev: "Azərbaycan AŞPA-nın yay sessiyasında hər hansı problemlə üzləşməyəcək"

Siyasət Materials 13 İyun 2006 12:53 (UTC +04:00)
Aqşin Mehdiyev: "Azərbaycan AŞPA-nın yay sessiyasında hər hansı problemlə üzləşməyəcək"

"Azərbaycan Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında hər hansı problemlə üzləşməyəcək". Trend in xəbər verdiyi kimi, bu barədə Bakıda jurnalistlərə Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib və sessiyada problemlərlə üzləşmək barədə düşünməyə dəyməz. Adi müzakirələr aparılacaq və bu müzakirələrin yekunları üzrə Azərbaycan üçün heç bir narahatçılıq doğurmayacaq qətnamə qəbul olunacaq", - deyə A.Mehdiyev qeyd edib.

Azərbaycanın AŞPA-ya üzvlük haqqını ödəməkdə çətinlik çəkməsi ilə bağlı bir sıra KİV-in bəyanatına gəlincə, A.Mehdiyev bildirib ki, "bu barədə dəfələrlə eşidib və həmin məsələ ilə bağlı heç bir problem yoxdur".

Xəbər lenti

Xəbər lenti