...

Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

Siyasət Materials 13 İyun 2006 13:36 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) oktyabrın 6-na təyin olunmuş bələdiyyə seçkilərində iştirak edəcək. Bu barədə Trend ə VHP sədri Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, partiya artıq öz namizədlərini müəyyənləşdirməyə başlayıb. Yaxın günlərdə bələdiyyələrə seçilmək iddiasında olan VHP üzvlərinin siyahısı hazır olacaq. S.Rüstəmxanlının sözlərinə görə, VHP bütün bələdiyyələrdə namizəd irəli sürmək niyyətindədir. Qeyd edək ki, 83 dairə ərazisində 604 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri keçiriləcək.

S.Rüstəmxanlı onu da deyib ki, bu ilin sentyabr ayında VHP-nin növbəti qurultayı

keçiriləcək. Hazırda bələdiyyə seçkiləri ilə yanaşı partiyanın qurultayına da hazırlıq işləri gedir.

Xəbər lenti

Xəbər lenti