...

"Azadlıq" Bloku bələdiyyə seçkilərini boykot etmək haqqında qərar verdi

Siyasət Materials 14 İyun 2006 17:33 (UTC +04:00)

İyunun 14-də "Azadlıq" Siyasi Blokunun Sədrlər Şurasının toplantısı keçirilib. Trend in məlumatına görə, toplantıda ölkədə mövcud ictimai-siyasi durum, blokun fəaliyyət istiqamətləri müzakirə olunub.

Avropa Şurasının tövsiyələrinə uyğun olaraq seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmaması, demokratik seçki şəraiti yaradılmaması əsas gətirilərək "Azadlıq" bloku oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini boykot etmək haqqında qərar qəbul edib.

İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması və demokratiya uğrunda mübarizə aparan Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Türkiyə və Azərbaycandan deportasiya edilməsi ilə bağlı blok bəyanat qəbul edib.

Xəbər lenti

Xəbər lenti