...

Solomon Passi Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb

Siyasət Materials 16 İyun 2006 18:52 (UTC +04:00)

Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bolqarıstan parlamentinin Xarici siyasət komitəsinin sədri Solomon Passinin başçılıq ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Görüşdə Milli Məclisin deputatı, parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elton Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünyanın inkişaf etmiş ölkələri ilə dostluq əlaqələri qurmuş və sıx əməkdaşlıq edir. Rəsmi Bakı Bolqarıstan ilə əlaqələrin genişlənməsində maraqlıdır və bunun üçün Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qrupu da yaradılıb. Sonra o, ölkələrimiz arasındakı dostluq əlaqələrinin qədim tarixindən, deputatlarımızın qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.

Solomon Passi qeyd edib ki, Azərbaycana səfərdən məqsəd ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Bolqarıstanlı deputatlar Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirmiş və ölkəmizdə gedən prosesləri maraqla izləyirlər. S.Passi deyib ki, Bolqarıstan Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir və hər cür köməklik göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti