...

Azərbaycanın müdafiə naziri ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat Qüvvələri komandanı ilə görüşüb

Siyasət Materials 17 İyun 2006 14:03 (UTC +04:00)

İyunun 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin Nəqliyyat Qüvvələri komandanı general Norton Şvartsla görüşüb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

S.Əbiyev qonağın diqqətinə çatdırıb ki, Azərbaycan ABŞ-la bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əməkdaşlığa böyük əhəmiyyət verir.

S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Lakin qarşı tərəf münaqişənin həllində maraqlı deyil.

General Norton Şvarts səmimi qəbula görə Azərbaycanın müdafiə nazirinə təşəkkürünü bildirib və qeyd edib ki, Bakıya səfəri iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Görüşdə iki dövlət arasında hərbi əməkdaşlığa dair gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti