...

Bakının prospekt və küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Siyasət Materials 19 İyun 2006 12:26 (UTC +04:00)

İyunun 19-da səhər saatlarından başlayaraq Bakının bir neçə prospekt və küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat şöbəsinin rəisi Vaqif Əsədovun Trend ə verdiyi məlumata görə, məhdudiyyət İslam Konfransı Təşkilatının Bakıda keçirilən 33-cü sessiyası iştirakçılarının təhlükəsizliyinin təminatı ilə əlaqədardır.

Səhər saatlarında Bakı şəhəri, Səbail rayon DYP-si fəaliyyətini əsasən Parlament prospektinin təhlükəsizliyinin təmini üçün gücləndirib. Bu, konfrans iştirakçılarının Fəxri və Şəhidlər Xiyabanının ziyarəti ilə əlaqədardır.

Gün ərzində isə paytaxtın Neftçilər, Bülbül, Azərbaycan, İnşaatçılar, Parlament, İzmir, Hüseyn Cavid propektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, R.Behbudov, Bakıxanov, Vaqif küçələrində, Səbail və 20-ci sahə dairələrdə, Azadlıq və Gənclər meydanlarında, o cümlədən İçərişəhər kompleksində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

İyunun 22-də isə Şəhər DYPİ əvvəlki iş rejiminə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti