...

Sabir Rüstəmxanlı: "Müsavat Partiyasının yanlış taktikası həmişə müxalifət düşərgəsində problemlər yaradır"

Siyasət Materials 20 İyun 2006 16:32 (UTC +04:00)

Müsavat Partiyasının yanlış taktikası həmişə müxalifət düşərgəsində problemlər yaradır. Trend xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Müsavat Partiyasının Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətində boş qalan iki yerə təyinatla bağlı verdiyi bəyanatını şəhr edərkən bildirib.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin boş qalan iki yerinə Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev və VHP-nin ideologiya katibi Fəzail İbrahimli təyin edilib. Müsavat Partiyasının yaydığı bəyantda isə adıçəkilən şəxslərin müxalifət düşərgəsinə heç bir aidiyyatı olmadığı bildirilib.

Millət vəkili bildirib ki, AŞPA-da müxalifətin daha geniş şəbəkəsinin təmsil olunmasının tərəfdarıdır. S.Rüstəmxanlı onu da vurğulayıb ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə Müsavat Partiyası nümayəndəsinin düşməməsi o demək deyil ki, orada təmsil olanlar arasında müxalifətçi millət vəkilləri yoxdur: "Müsavat Partiyasının gəldiyi belə qənaət düzgün deyil. Müsavatın belə taktikası həmişə müxalifət düşərgəsində problemlər yaradır".

S.Rüstəmxanlı onu da bildirib ki, VHP-nin ideologiya katibi, millət vəkili Fəzail İbrahimlinin parlamentdəki 5 illik fəaliyyəti göz qabağındadır: "Bunun üstündən xətt çəkmək və yaxud da onun yerinə digər nümayəndə olarsa müxalifəti daha da yaxşı təmsil edəcəkdi fikirləri məntiqsizdir".

Xəbər lenti

Xəbər lenti