...

Hersoq Yorkski Azərbaycana səfər edəcək

Siyasət Materials 21 İyun 2006 12:39 (UTC +04:00)
Hersoq Yorkski Azərbaycana səfər edəcək

İyunun sonunda hersoq Yorkski Endrü Albert Kristian Evard (şahzadə Endrü) Bakıya səfər edəcək. Böyük Britaniyanın Bakıdakı səfirliyindən Trend ə verilən məlumata görə, o, Azərbaycana Böyük Britaniyanın ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi kimi səfər edəcək.

Səfər Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası layihəsinin başa çatması və istismara verilməsi ilə əlaqədar həyata keçirilir. Hersoqun Azərbaycan rəhbərliyi, o cümlədən Britaniya biznesinin nümayəndələri ilə görüşəcəyi, Azərbaycan və Britaniya arasında iqtisadi və kommersiya əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyi nəzərdə tutulur.

İyulun 1-də hersoq kraliça II Yelizavetanın doğum günü münasibətilə Bakıda təşkil olunacaq rəsmi qəbulda iştirak etmək niyyətindədir.

Qeyd edək ki, hersoq Yorkski BTC neft kəmərinə ilk neftin daxil olması mərasimində iştirak etmək üçün 2005-ci ilin mayında Bakıda olub.

Xəbər lenti

Xəbər lenti