...

Salyanda təkrar bələdiyyə seçkilərinə start verilib

Siyasət Materials 22 İyun 2006 20:00 (UTC +04:00)

Ölkəmizdə özünüidarəetmə qurumu olan bələdiyyələrə iki dəfə seçkilər keçirilmişdir. 1999-cu ilin dekabrında keçirilmiş ilk seçkilərdən sonra Salyanda 45 bədlədiyyə qurumu fəaliyyətə başlamışdır. Azərbaycanda ikinci dəfə bələdiyyə seçkiləri 2004-cü il dekabrın 17-də keçirilmişdir. Bu zaman bəzi bələdiyyələrə seçkilər zamanı ciddi qanun pozuntularına yol verildiyi üçün Mərkəzi seçki komissiyası tərəfindən 59 saylı Salyan seçki dairəsi üzrə Salyan bələdiyyəsi və Quysu bələdiyyəsi, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə Şeydan bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv edilmişdir.

Bələdiyyə üzvləri arasından dövlət qulluğuna və digər vəzifələrə keçmələri ilə əlaqədar, Kürqaraqaşlı, Təngən, Xıdırlı, Yolüstü, Təkərli, Xələt və Qabili bələdiyyəsinə də əlavə seçkilər keçiriləcəkdi. Ümumiyyətlə, Salyan rayonu ərazisində 10 bələdiyyə üzrə 27 seçki məntəqəsində 37 yer uğrunda seçkilər olacaq. Salyan bələdiyyəsinə 15 nəfər, Quyusu bələdiyyəsinə 7 nəfər, Seydan bələdiyyəsinə 7 nəfər, Kürqaraqaşlı bələdiyyəsinə 2 nəfər, Dəngən bələdiyyəsinə 1 nəfər, Xələt bələdiyyəsinə 1 nəfər, Xıdırlı bələdiyyəsinə 1 nəfər, Qadili bələdiyyəsinə 1 nəfər, Şəkərli bələdiyyəsinə 1 nəfər, Yolüstu bələdiyyəsinə 1 nəfər bələdiyyə üzvü seçkiləcəkdir. Artıq namizədlərin irəli sürülməsi prosesinə iyunun 8-dən start verilmişdir. Seçki məxəlləsinə əsasən, namizədlərin irəli sürlməsi təsdiqi haqqında qərar vətəndaşın dairə seçki komissiyasına müraciətdindən sonrakı 5 gün ərzində baxılır və cavab verilir. Lakin 59 saylı Dairə seçki komissiyasının sədri Salamət Kərimovun bildirdiyinə görə, zələlik onloara bələdiyyə üzvü olma

q istəyənlərdən ərizə daxil olmayıb. 60 saylı DSK-nın sədri əblfəz Bədəlov isə ded ki, DSK-ya indiyədək 7 nəfər şifahi müraciət edib maraqlansa da, rəsmi ərizə ilə hələlik müraciət edən yoxdur.

Xəbər lenti

Xəbər lenti