...

Kəmaləddin Heydərov: "Bina inşası üçün ekspertiza rəyi almayan bir sıra tikinti şirkətlərinə məktubla müraciət etmişik"

Siyasət Materials 26 İyun 2006 17:56 (UTC +04:00)
Kəmaləddin Heydərov: "Bina inşası üçün ekspertiza rəyi almayan bir sıra tikinti şirkətlərinə məktubla müraciət etmişik"

"Bina inşası üçün ekspertiza rəyi almayan bir sıra tikinti şirkətlərinə məktubla müraciət etmişik". Trend xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

"Bir neçə şirkət göndərdiyimiz məktublara məhəl qoymayaraq yenə öz işindədir. Mən də bildirirəm ki, onsuz da həmin şirkət sahibləri tikdikləri binaları heç kəsə sata bilməyəcəklər. İşnası ekspertizadan keçməmiş başlanan binaları heç bir təşkilat öz üzərinə götürməyəcək. Tikinti şirkətləri üçün paytaxtda yaxşı şərait yaradılıb kim, binalar ucaltsınlar, lakin bundan sui-istifadə etmək olmaz" - deyə K.Heydərov bildirib.

Nazir onu da vurğulayıb ki, yeni tikilmiş əksər binaların həyətləri və aralarındakı məsafələr olduqca darısqaldır. Bu səbəbdən də həmin binalarda yanğın, yaxud hər hansı başqa hadisə baş verdikdə xilasedici texnikaların binaya daxil olmasında problemlər yaranır.

"Tikinti ilə məşğul olan iş adamları bunu nəzərə almalıdırlar. Tiknitisi başa çatmış binalar qaz idarələri, yanğınsöndürmə idarəsi, su idarəsi, m6emarlıq və digər idarələr tərəfindən təhvil alınmalıdırlar" - deyə nazir vurğulayıb.

Nazir onu da söyləyib ki, binaların ətrafından keçən işıq kabelləri təhlükə mənbəyidir və gələcəkdə bu kabellər binaların ətrafından yığışdırılaraq yerin altı ilə çəkiləcək.

"Bu binalar tarixi bina olmaqla yanaşı eyni zamanda təhlükəli binalardır. Təhlükəsi də bundan ibarətdir ki, bu binaların damları vaxtilə qırla işlənilib. İsti və eyni zamanda küləkli hava şəraiti belə binaların yanmasına səbəb olur" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti