...

Əli Abbasov: "Rabitə Nazirliyi Azərbaycanın efir məkanının qorunması üzrə tədbirlər planı hazırlayıb"

Siyasət Materials 27 İyun 2006 15:45 (UTC +04:00)
Əli Abbasov: "Rabitə Nazirliyi Azərbaycanın efir məkanının qorunması üzrə tədbirlər planı hazırlayıb"

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin efir məkanına kanalların müdaxiləsinin qarşısının alınması üzrə tədbirlər planı hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 27-də rabitə naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda tədbirlər planı bütün teleradio şirkətlərinə təqdim olunacaq.

"Hesab edirəm ki, planda nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi bu problemi həll edəcək. Sərhəd ərazilərdə boş kanalların bölüşdürülməsi məsələsi qonşu ölkələrlə razılaşdırılıb. Məsələn, artıq İranla şifahi razılıq əldə olunub".

Nazir hesab edir ki, Azərbaycanın malik olduğu texnika (teleqüllələr, ötürücülər, qəbuledicilər) respublika ərazisində teleradiokanalların keyfiyyətli yayımını kifayət qədər təmin edə bilər. Ancaq bu texnika köhnəlib və lazımi səviyyədə işləyə bilmir. Buna görə də avadanlıqların bərpası üzrə də işlər görüləcək.

"Az.TI və İctimai televiziya üçün bu xidmətlər nazirlik tərəfindən göstəriləcək. Özəl teleradio şirkətləri isə tələb olunan maliyyə xərclərini ödəməlidir. Ancaq bunun bir qədər çətinlik yarada biləcəyini nəzərə alaraq həmin şirkətlərə güzəştlər ediləcək. İlk növbədə efir məkanının qorunmasını təmin etmək lazımdır. Bundan sonra isə qarşılıqlı ödənişlərlə bağlı məsələ nəzərdən keçiriləcək", - deyə Ə.Abbasov sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti