İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili arasında telefon danışığı olub.
Trend in verdiyi xəbərə görə, dövlət başçıları siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblar. Prezidentlər həmçinin qeyd ediblər ki, Gürcüstanın qlobal enerji layihələrində fəal iştirakı regional əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.
Prezidentlər həmçinin müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı Gürcüstan prezidentinin təşəbbüsü ilə baş tutub.