Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev Hquen Minh Trieteni Vyetnam Sosialist Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib.
Vyetnamın dövlət başçısının adına göndərilmiş təbrik məktubunda deyilir: "Əminəm ki, Azərbaycan və Vyetnamın dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcək".