...

Azərbaycanla BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 27 İyun 2006 18:42 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İhlam Əliyev iyunun 27-də BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının icraçı katibi Kim Hak-Sunu qəbul edib.

Kim Hak-Su deyib ki, o, Bakıya BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası tərəfindən təşkil olunmuş konfransda iştirak etmək üçün gəlib. O, Azərbaycanın dövlət başçısını böyük iqtisadi nailiyyətlərlə bağlı təbrik edib.

Dövlət başçısı konfransda müzakirə olunan məsələləri Azərbaycan üçün vacib adlandırıb. İ.Əliyev iqtisadiyyatın digər sahələrində olduğu kimi, energetika sahəsində də Azərbaycanın böyük uğurlar qazandığını qeyd edərək, qeyri-neft sektoru və infrastrukturun inkişafına böyük diqqət verildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti