...

"QHT qanunvericilik bazasının təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib

Siyasət Materials 28 İyun 2006 13:30 (UTC +04:00)

Milli QHT Forumu ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin dəstəyi ilə "QHT qanunvericilik bazasının təkmilləşdirilməsi" mövzusunda iyunun 28-də "Crescent Beach" otelində seminar keçirib. Trend xəbər verir ki, seminarda QHT qanunvericilik bazasının təkmilləşdirildməsi məqsədilə üç qanun layihəsi müzakirəyə çıxarılıb.

Onu da bildirək ki, müzakirəyə "İctimai birliklər haqqında", "Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri və digər qanunların analizi müzakirə edilib.

Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev hazırlanan qanun layihələri barədə məlumat verib. Bildirib ki, sənədlərlə bağlı ediləcək təkliflərə bir ay müddətində baxılacaq. Bundan sonra isə layihələrə rəy verilmək üçün beynəlxalq təşkilatlara göndəriləcək. Sənədlər hazır olduqdan sonra Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

Daha sonra Cointerpart Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Maykl Kunz danışıb. O, bildirib ki, layihə beş illikdir: "Layihə çərçivəsində dörd sahə üzrə iş aparılır. Əsas fəaliyyətimiz isə QHT-lərin qanunvericlik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətimizi cəmləşdirməkdir".

Fasilədən sonra adıçəkilən qanun layihələri üzrə işləyən işçi qrupları məsləhətləşmələr aparıb.

Seminarda beynəlxalq təşkilatların nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti