...

Azay Quliyev: "Ramil Səfərovla bağlı məsələdə ehtiyatlı olmalıyıq"

Siyasət Materials 28 İyun 2006 14:54 (UTC +04:00)

Erməni zabitinin qətlində ittiham olunaraq Macarsıtanda həbs edilən azərbaycanlı zabit Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı çox işlər görürük. Trend xəbər verir ki, bu barədə Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı yaradılan Koordinasiya Şurasının üzvü, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev onu da qeyd edib ki, Ramil Səfərovla bağıl məsələdən bəzi qrupların sui-istifadə etməmələri üçün belə qənaətə gəliblər ki, onun hüquqdlarının müdafiəsi ilə bağlı fəaliyyət şişirdilməsin: "Biri onu ilin adamı, digəri ilin qəhrəmanı, o birisi Azərbaycan ordusunun şərəf və ləyaqətini alçaldan şəxs kimi təqdim edir. Bütün bunlar da Ramil Səfərovun hüquqlarının qorunmasına xidmət etmədi. Ermənilər isə bu arqumentlərdə məharətlə istifadə etdilər".

Millət vəkili onu da vurğulayıb ki, Ramil Səfərova verilən cəza onun törətdiyi əmələ adekvat deyil: "Qarşımızda ağır bir hüquqi müstəvidə mübarizə durur. Bu da Apellyasiya Məhkəməsində onun törətdiyi əmələ görə cəzanın verilməsidir. Bu cəza da maksimum 10-15 ilə ola bilər. Əgər biz istəyiriksə zabitimizə köməklik göstərək, onda bu məsələdə ehtiyatlı olmalıyıq. Ona görə də Koordinasiya Şurası bu məsələdə mərkəzləşdirilmiş formada fəaliyyət göstərir".

Xəbər lenti

Xəbər lenti