...

Kəmaləddin Heydərov: FHN Tikintiyə Nəzarət Agentliyində mütəxəssislərə ehtiyac var

Siyasət Materials 30 İyun 2006 16:56 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılmış Tikintiyə Nəzarət Agentliyində (TNA) mütəxəssislərə ehtiyac var. Trend xəbər verir ki, bu barədə jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bildirib ki, mütəxəssislərin TNA-ya cəlb edilməsi ilə əlaqədar artıq 50-yə yaxın şirkətə müraciət edilib.

"Qeyri-mütəxəssislər isə işdən kənarlaşdırılacaq. Hesab edirəm ki, tikintiyə nəzarət tikinti sahəsini bilən insanlara həvalə olunmalıdır. Mütəxəssislərin işə cəlb olunması özü elə gələcəkdə baş verə biləcək təhlükələrin sayını bu başdan azaltmaq deməkdir. Əgər mütəxəssis hər hansı binanın tikintisində hansı tikinti materiallarından istifadə qaydalarını bilirsə və bu tikintidə həmin materiallardan istifadə olunmasına nəzarət edirsə, həmin binanın gələcəkdə hansısa təhlükəyə səbəb olacağı qeyri-mümkündür", - deyə nazir qeyd edib.

Nazir onu da vurğulayıb ki, ekspertiza rəyi olmadan inşaya başlamış şirkətlər qanun qarşısında cavab verəcək.

Xəbər lenti

Xəbər lenti