...

K.Heydərov: FHN-nin yanğınsöndürən briqadaları ermənilərin törətdikləri fəsadların qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib

Siyasət Materials 30 İyun 2006 18:29 (UTC +04:00)

Ermənilərin işğal altında olan ərazilərdə törətdikləri yanğınların Azərbaycanın nəzarətində olan ərazilərə keçməsinin qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin həmin rayonlardakı yanğınsöndürmə briqadaları hazırlıq vəziyyətinə gətirilib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

"Məlum olduğu kimi, ermənilər ot tayalarına, biçilmiş taxıl sahələrinə od vururlar. Bizim əməkdaşlarımız istənilən hadisənin qarşısını almağa hazırdırlar" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti