...

AATŞ ölkələrinin təxminən 70 nümayəndəsi NATO-nun Bakı beynəlxalq yay məktəbində iştirak edəcək

Siyasət Materials 1 İyul 2006 12:19 (UTC +04:00)

Avroatlantik Tərəfdaşlıq üzrə Şura (AATŞ) ölkələrinin 70-ə yaxın nümayəndəsi NATO-nun növbəti Bakı beynəlxalq yay məktəbində (NATO International School in Azerbaijan) iştirak edəcək. Azərbaycanın NATO yanında nümayəndəliyindən Trend ə verilən məlumata əsasən, dördüncü ildir ki keçirilən bu tədbir bu dəfə iyulun 3-dən 8-dək "Akvapark" mehmanxana kompleksində təşkil olunacaq.

70 iştirakçı arasında tələbələr, gənc alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, NATO ekspertləri, ABŞ Milli Müdafiə Universitetinin professorları, eləcə də AATŞ ölkələrinin səfirləri və Azərbaycan rəhbərliyinin nümayəndələri var. Forumun işində NATO baş katibinin müavini Jan Furne də iştirak edəcək.

Həmçinin iyulun 3-nə Melanj layihəsi üzrə beynəlxalq simpozium, iyulun 4-nə isə - Ələt qəsəbəsində layihənin açılışı təyin olunub. Bu tədbirlərdə bənzər problemlə qarşılaşmış 50 ölkənin, xüsusilə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, tacikistan və Gürcüstan ekspertlərinin iştirakı gözlənilir.

Bundan əlavə, iyulun 6-7-də Bakıda NATO/AATŞ çərçivəsində terrorizmlə mübarizə üzrə işguzar seminar keçiriləcək. Burada 31 ölkədən 59 ekspertin, eləcə də NATO-nun Müdafiə Siyasəti və Planlaşdırılması Bölməsinin şöbə rəisi C.Beynəlxalq Hərbi Qarargajın briqada generalı F.Klausenin iştirakı gözlənilir..

Xəbər lenti

Xəbər lenti