...

Vitse-prezident: ""Transneft" Azərbaycan ilə dialoq üçün hər zaman açıqdır"

Siyasət Materials 3 İyul 2006 11:50 (UTC +04:00)
Vitse-prezident: ""Transneft" Azərbaycan ilə dialoq üçün hər zaman açıqdır"

"Azərbayan "Transneft"in tərəfdaşıdır və şirkət əməkdaşlığın davam etdirilməsindən hər zaman məmnun olacaq. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə "Transneft"in vitse-prezidenti Sergey Qriqoryev bildirib.

Bakı-Novorossiysk boru kəmərinin prespektivlərini şərh edən S.Qriqoryev deyib ki, Azərbaycan hökumətlərarası sazişin 5 mln ton neftin nəqlini nəzərdə tutan şərtini heç vaxt yerinə yetirməyib. "Bu rəqəm həmişə 2-2,5 mln ton səviyyəsində olub. Hətta elə vaxtlar olub ki, bizdə BTC boru kəmərinin istismara verilməsi də nəzərə alınmaqla Azərbaycanın Bakı-Novorossiysk neft kəmərini doldurma qabiliyyəti ilə bağlı şübhələr də yaranıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, "Transneft" şübhələrinin əsaslı olmasını aydınlaşdırmaq üçün Azərbaycan tərəfə müraciət edib. "Ancaq azərbaycanlı tərəfdaşlarımız bizi təkcə şübhələrimizin əsassız olmasında əmin etmədi, həm də Bakı-Novorossiysk boru kəməri ilə daşınan neftin həcmini 3,2-3,5 mln tonadək artırdı", - deyə vitse-prezidient vurğulayıb.

"Bu, əməkdaşlığımızın böyük prespektivlərə malik olmasının sübutudur və şirkətimiz dialoqa həmişə hazırdır", - deyə S.Qriqoryev bildirib.

ARDNŞ-dən Trend ə bildirilib ki, şirkət hər il öz yataqlarından 8,9 mln. ton neft hasil edir. Bu həcmin 6,4 mln tonu emal üçün iki Bakı NEZ-nə verilir, yerdə qalan hissə - 2,5 mln. ton neft Bakı-Novorossiysk boru kəməri ilə nəql olunur. "Azəri-Çıraq-Günəşli" yatağından neft hasil edən ABƏŞ son vaxtlar neft hasilatının artması ilə əlaqədar "Şimal" marşrutu ilə fəal surətdə neft nəql edir. Hətta BTC istismara verildikdən sonra da ABƏŞ Bakı-Novorossiysklə neftin nəqlini yüksək - ayda 400 min ton səviyyəsində saxlayıb.

ARDNŞ-dən o da qeyd olunub ki, şirkət ABƏŞ-ə bildirib ki, avqust ayından başlayaraq Bakı-Novorossiysklə ayda 250 min ton neft nəql etməyə hazırdır. Ancaq bu həcmdə neftin boruya daxil olması məsələsi hələ öz həllini tapmayıb. ABƏŞ iyul və avqustda boru ilə ayda 400 min ton neftin nəqlini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti