...

Bölgələrdə dairə və məntəqə seçki komissiyaları üçün seminar-müşavirələr keçiriləcək

Siyasət Materials 3 İyul 2006 12:25 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının üzvləri Azərbaycanın bölgələrində yerli seçki komissiyaları üçün seminar-müşavirələr keçirəcəklər. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Onun sözlərinə görə, MSK üzvləri oktyabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bölgələrə ezam olunacaqlar. Bələdiyyə seçkilərinin keçiriləcəyi bütün dairə və məntəqə seçki komissiyaları üçün seminarlar təşkil olunacaqlar. MSK üzvləri aşağı seçki komissiyalarının sədrləri və üzvlərini bələdiyyə seçkiləri ilə bağlı maarifləndirəcəklər. A.Sarıyev bildirib ki, yerlərdəki dairə və məntəqə seçki komissiyaları üçün seminar-məşğələlər MSK sədri Məzahir Pənahovun göstərişi əsasında həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti