...

İqtisadi inkişaf naziri: İqtisad Məhkəməsi ilkin olaraq "Barmek Azərbaycan"-ın bank hesabları və əmlakına həbs qoyub

Siyasət Materials 3 İyul 2006 15:48 (UTC +04:00)
İqtisadi inkişaf naziri: İqtisad Məhkəməsi ilkin olaraq "Barmek Azərbaycan"-ın bank hesabları və əmlakına həbs qoyub

Azərbaycan İqtisad Məhkəməsinin ilkin qərarı ilə Barmek Azərbaycanın bank hesabları və əmlakına həbs qoyulub və şirkətin Bakı və Sumqayit elektrik şəbəkələrinin əmlakını özgələşdirmək hüququ yoxdur. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Onun sözlərinə görə, İqtisad Məhkəməsinin belə bir qərarı Barmek rəhbərliyinin son bəyanatlarına əsasən vəsaitlərin xaricə aparılması təhlükəsinin olması ilə əlaqədardır.

Nazirin dediklərinə görə, Dövlət Komissiyası Barmekin Bakı və Sumqayit elektrik şəbəkələrinin idarə olunması ilə bağlı öhdəliklərin icrasının araşdırılması istiqamətində işi davam etdidir. "Əmlakın qəbul-təhvilindən sonra Barmek ilə müqavilə pozulacaq" - deyə o qeyd edib.

"Hələlik elektrik şəbəkələri Barmekin idarəçiliyi altında qalır, lakin gələcəkdə hökumət həmin şəbəkələrin statusu ilə bağlı qərar gəbul edəcək" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti