...

Hərbi texnikadan ibarət növbəti eşelon Gürcüstandan Rusiyaya yola salınıb

Siyasət Materials 4 İyul 2006 11:46 (UTC +04:00)

Rusiyanın Gürcüstandakı hərbi bazalarına məxsus döyüş texnikasından ibarət növbəti eşelon çərşənbə axşamı RF-yə yola salınıb. Bu barədə Kavkaz-press-ə Zaqafqaziyadakı rus qoşunları Qrupunun komandan müavini polkovnik Vladimir Kuparadze məlumat verib.

"Çərşənbə axşamı səhər Tsalka dəmir yolundan daha bir eşelon yola düşüb. Bu eşelonla Rusiyaya piyada qoşunlar üçün 27 döyüş maşını və 7 ədəd T-72 tankı daşınır. Bu texnika Rusiyanın Axalkalakidəki 62-ci hərbi bazasına məxsusdur", - deyə Kuparadze bildirib.

Trend in xəbər verdiyi kimi, o dəqiqləşdirib ki, bu, RF-nin Gürcüstandan çıxarılan hərbi bazalarına məxsus döyüş texnikası və əmlakdan ibarət sayca 13-cü eşelon olacaq.

Xəbər lenti

Xəbər lenti