...

Dünya bankının Azərbaycan barəsində siyasəti dəyişəcək

Siyasət Materials 6 İyul 2006 13:44 (UTC +04:00)
Dünya bankının Azərbaycan barəsində siyasəti dəyişəcək

Yaxın 15 il ərzində xeyli irəliləcəyi gözlənilən Azərbaycan iqtisadiyyatının inkişafı ilə Dünya bankının ölkəyə qarşı siyasəti də dəyişəcək. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün DB-nin Bakı nümayəndəliyinin yeni başçısı Qreqori Yeceyçak bildirib.

Gələcəkdə Azərbaycan indi olduğu kimi Beynəlxalq inkişaf assosiasiyasının kreditlərini deyil, artıq Beynəlxalq yenidənqurma və inkişaf bankının kreditini almağa başlayacaq. AYİB-in kreditləri BİA-nın güzəştli kreditlərinə nisbətən daha çox kommersiya şərtlərinə malikdir. Ona görə də bank sübut etməlidir ki, DB digər banklara nisbətən, ölkə üçün daha sərfəli tərəf müqabilidir.

Onun sözlərinə görə, DB-nin Azərbaycanda gördüyü iş zamanı, əvvəllər olduğu kimi, dövlət büdcəsinin saxlanmasına yönəlmiş kreditlər deyil, investisiya kreditləri böyük yer tutacaq. Bu kreditlər kommersiya şərtləri ilə veriləcək. Bundan başqa, bank kreditlərin ayrılması zamanı qoyulan şərtlərdən uzaqlaşacaq. Bankın məsləhətləri tövsiyə xarakteri daşıyacaq.

"Bankın nöqteyi-nəzərindən Azərbaycan indi DB siyasətində ən maraqlı ölkələrdən biridir. Bank hesab edir ki, yaxın 15 il ərzində Azərbaycan böyük dəyişikliklərlə qarşılaşacaq. DB böyük risklərlə bağlı bu işdə böyük təcrübə və biliklərə malikdir", - deyə DB nümayəndəsi qeyd edib. Bank öz təcrübəsini Azərbaycanla bölüşmək niyyətindədir.

Gələn həftə DB-nin Azərbaycandakı nümayəndəliyinin başçısı dövlətin rəsmi şəxsləri ilə görüşlər keçirmək istəyir.

Xəbər lenti

Xəbər lenti