...

Milli Məclisdə "Kürdəmir, Şəmkir, Xocalı, Goranboy (Tatarlı kəndi) rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" məsələ müzakirəyə çıxarılacaq

Siyasət Materials 6 İyul 2006 14:35 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında "Kürdəmir, Şəmkir, Xocalı, Goranboy (Tatarlı kəndi) rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" məsələ müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Milli Məclisin regioanal məsələlər daimi komissiyasından bildiriblər.

O da qeyd olunub ki, payız sessiyasının müzakirəsinə təqdim etmək üçün komissiyada bir sıra qanun layihələri üzərində iş aparılır. Müzakirəyə çıxarılacaq qanun layihələri sırasında "Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında", "Bələdiyyə üzvlərinin və qulluqçularının sosial müdafiəsi haqqında", "Coğrafi obyektlərin adları haqqında" sənədlər var.

"Kürdəmir, Şəmkir, Xocalı, Goranboy (Tatarlı kəndi) rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" məsələ bölgələrdən müraciətlər və təkliflər daxil olduqdan sonra komissiyada yenidən müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti