...

Azərbaycan prezidenti xalq artisti Vasif Adıgözəlovu "İstiqlal" ordeni ilə təltif edib

Siyasət Materials 6 İyul 2006 20:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 6-da bəstəkar, xalq artisti Vasif Adıgözəlovu "İstiqlal" ordenilə təltif edib. Trend agentliyinin məlumatına görə, dövlət başçısı qeyd edib ki, təxminən bir ildir ki, bəstəkarı ordenə layiq görüb, indi isə onu təqdim etmək istəyir.

V.Adıqözəlov İ.Əliyevə ordenə görə təşəkkür edib və bildirib ki, o, həm "Şöhrət", həm də "İstiqlal" ordenilə mükafatlandırılmış yeganə bəstəkardır.

Dövlət başçısı öz növbəsində deyib ki, V.Adıgözəlovun fəaliyyəti həm Azərbaycan xalqı, həm də dövlət tərəfindən yüksək qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti