...

Bələdiyyə seçkilərini müşahidə etmək üçün yerli və beynəlxalq müşahidəçilərdən müraciətlər yoxdur

Siyasət Materials 8 İyul 2006 14:37 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasına yerli və beynəlxalq müşahidəçilərdən müraciət daxil olmayıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Yerli müşahidəçilərin qeydiyyatını aparan MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva bildirib ki, hələ heç bir ərizə daxil olmayıb. O, qeyd edib ki, müşahidəçilərin MSK-da qeydiyyat müddəti səsvermə gününə 10 gün qalmış başa çatacaq: "Görünür, hələ müddətin başa çatmasına xeyli vaxt qaldığtı üçün müraciət etməyə tələsmirlər".

MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da deyib ki, beynəlxalq təşkilatlardan, xarici ölkələrdən müşahidəçiliklə bağlı şöbəyə hər hansı müraciət edilməyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların və MSK-nın əməkdaşlıq etdiyi xarici təşkilatların, ikitərəfli sazişlər bağladığı ayrı-ayrı ölkələrin Mərkəzi Seçki Komissiyalarının bələdiyyə seçkilərində müşahidə aparacaqları gözlənilir.

Xəbər lenti

Xəbər lenti