...

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

Siyasət Materials 10 İyul 2006 12:39 (UTC +04:00)

Müsavat Partiyası bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Trend in məlumatına görə, bu barədə partiya Məclisinin iclasında qərar qəbul olunub.

Bələdiyyə seçkilərində iştirak edib-etməmək məsələsi müzakirəyə çıxarılarkən Məclis üzvlərinin əksəriyyəti seçkidə iştirakın tərəfdarı olduqlarını bildiriblər. Bələdiyyə seçkiləri ilə bağlı partiya üzvləri qarşısında heç bir məhdudiyyət qoyulmayıb və qərara alınıb ki, Müsavat Partiyası seçkidə iştirak edən üzvlərinə dəstək verəcək.

Qeyd edək ki, Məclisin iclasından əvvəl Müsavat Partiyasının üzvləri artıq bəzi dairələr üzrə namizədliklərini irəli sürmüşdülər.

Xəbər lenti

Xəbər lenti