...

Avropa Şurası Nazirlər Komitəsi Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı müraciətə baxacaq

Siyasət Materials 14 İyul 2006 12:16 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsi Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı müraciətə baxacaq

Avropa Şurası Nazirlər Komitəsi sentyabrda Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynovun müraciətinə baxacaq. Bu barədə Trend ə Rəfael Hüseynovun özü bildirib.

Onu da qeyd edək ki, R.Hüseynovun Ermənistanın işğalçı siyasəti ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığı 498 saylı müraciəti ingilis dilində Avropa Şurasının rəsmi saytında yerləşdirilib.

R.Hüseynov bildirib ki, onun müraciəti sentyabrda Nazirlər Komitəsində müzakirə olunduqdan sonra cavab hazırlanacaq: "Nazirlər Komitəsinə ünvanlanan suallara çox vaxt diplomatik cavablar verilir. Çünki qərarlar konsensusla qəbul olunur. Nazirlər Komitəsinə ünvanlanan sualda əsas məqsəd ifşaedici ideyanı ortaya qoymaqdır. Burada da Ermənistanla bağlı çox ciddi ittihamlar var".

Xəbər lenti

Xəbər lenti