...

ATƏT Azərbaycanda polisə yardım proqramını həyata keçirir

Siyasət Materials 14 İyul 2006 18:42 (UTC +04:00)

ATƏT-in həyata keçirdiyi Polisə yardım proqramı çərçivəsində Azərbaycanda Polis məktəbi bərpa edilib, damı təmir olunub və qızdırıcı sistem quraşdırılıb. Trend in verdiyi xəbərə görə, bu barədə ATƏT-in məlumatında qeyd olunub.

Təşkilatın Bakı ofisi də həmçinin məktəb kitabxanasına 2000-dən artıq kitab, kompüter verib. Ofis ictimai asayişin polis tərəfindən qorunması prinsiplərinə əsaslanmış yeni tədris planı təqdim edib.

Həmçinin ictimaiyyəti məlumatlandırmaq üçün polis xidməti, polis xidməti ilə bağlı fərdi hüquqi məsələlər haqqında sayt yaradılıb.

ATƏT-in Bakı ofisinin başçısı Maurisio Pavesinin bildirdiyi kimi, bu proqram siyasi xidməti müasir xidmətə çevrilmək üçün lazımi ləvazimatlarla təmin edəcək.

ATƏT ictimai asayişin polis tərəfindən qorunmasının standart və dəyərlərini cəmiyyətə daxil etmək üçün ATƏT-in üzv ölkə qrupları, o cümlədən Qırğızıstan, Ermənistan və Azərbaycanla işləyib. Əsas məqsəd polis xidmətinin və ictimai təhlükəsizliyin effektivliyinin gücləndirilməsi üçün polis xidməti və ictimaiyyət arasında etimad və əməkdaşlığa əsaslanmış münasibətləri inkişaf etdirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti