...

Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı 809 643 nəfərdir

Siyasət Materials 19 İyul 2006 12:39 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı 809 643 nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçki keçiriləcək dairələrin sayı 83, məntəqələrin 927, bələdiyyələrin sayı isə 604-dür. Seçki keçiriləcək bələdiyyə üzvlərinin sayı 1942 nəfər olmalıdır.

Namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 2765 nəfərə çatıb. Həmin şəxslərdən 2694 nəfəri imza vərəqi götürüb. Seçki sənədlərini təqdim edənlərin sayı isə 1320 nəfərdir. 895 nəfərin namizədliyi artıq qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 438 nəfəri bitərəf, 431-i Yeni Azərbaycan Partiyasının, 4-ü AXCP-nin, 3-ü Sosial Rifah Partiyasının, 3-ü VHP-nin, 3-ü AMİP-in üzvüdür. Qalan partiyaların hər birindən hələlik 1 nəfər namizədliyi verib.

Xəbər lenti

Xəbər lenti