...

AMİP-in baş katibi və Mərkəzi Şurasının sədri seçilib

Siyasət Materials 24 İyul 2006 12:06 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının iyulun 23-də keçirilən iclasında Fuad Muxtarov partiyanın baş katibi seçilib. Bu barədə Trend ə AMİP Gənclər Təşkilatının sədri Abil Şükürov bildirib.

AMİP rəsmisi qeyd edib ki, Əli Ələkbərov Mərkəzi Şuranın sədri, Nigar Əlicanova isə onun müavini seçilib: "Partiyanın baş katibi Fuad Muxtarov Mərkəzi Şuranın iclasında Əli Orucovu mətbuat və informasiya katibi, Nazim Ələsgərovu təşkilat katibi, Elşən Mustafayevi isə yeni yaradılan bələdiyyələrlə iş üzrə katib postuna təyin edib".

A.Şükürov onu da əlavə edib ki, Mərkəzi Şuranın toplantısında Siyasi Şuraya on üzv də seçilib.

Xəbər lenti

Xəbər lenti