...

Livandan 34 azərbaycanlı evakuasiya edilib

Siyasət Materials 24 İyul 2006 13:27 (UTC +04:00)

İsrail tərəfindən hərbi bombardmana məruz qalan Livandan 34 azərbaycanlı evakuasiya edilib. Bu barədə Trend ə eksklüziv müsahibəsində Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub (Nazih Gassub) bildirib.

Onun sözlərinə görə, daha 14 azərbaycanlı evakuasiyaya hazırdır. Onlar Rusiyanın Livandakı səfirliyi vasitəsilə Moskvaya göndəriləcək. Əvvəlcə təxminən 19 azərbaycanlı Livanı Suriya ərazisi ilə tərk etməli idi. Ancaq pasportlarla bağlı problemlərlə əlaqədar onlar buraxılmayıb.

Fəxri konsul vurğulayıb ki, bombardman nəticəsində Livanda telefon rabitəsi kəsilib. Buna görə hələ də Livanda qalmış azərbaycanlılarla əlaqə saxlamaqda problemlər mövcuddur. Bununla əlaqədar olaraq fəxri konsulluq ölkəni tərk etmək istəyən azərbaycanlıların konsulluğa müraciət edəcəyi ümidi ilə televiziya və radio vasitəsilə öz koordinatlarını elan edib.

N.Qassub onu da bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərmək üçün Livanda yaşayan azərbaycanlıların vəziyyətinə dair hesabatın hazırlanmasını başa çatdırır.

Xəbər lenti

Xəbər lenti