...

Azərbaycan prezidenti Pakistan səfirini qəbul edib

Siyasət Materials 24 İyul 2006 16:14 (UTC +04:00)

"Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq uğurla inkişaf edir". Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 24-də Azərbaycan prezidenti İlham Əliyev Pakistanın ölkəmizdəki səfiri Məhəmməd Hafizi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlət başçısı, həmçinin, bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti zamanı göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. Hər iki ölkə başçısının qarşılıqlı səfərlərini xatırladan diplomat bu səfərlərin Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

M.Hafiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini Pakistan hökumətinin də dəstəklədiyini vurğulayıb və bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini bildirib.

Xəbər lenti

Xəbər lenti