...

Azərbaycan prezidenti Türkiyənin dövlət nazirini qəbul edib

Siyasət Materials 27 İyul 2006 20:53 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyulun 27-də Prezident sarayında Türkiyənin dövlət naziri Mehmet Aydını qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin müxtəlif sahələrdə çox uğurla inkişaf etdiyini vurğulayıb. İ.Əliyev bu yaxınlarda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin açılışı mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olduğunu, səfər zamanı Türkiyə prezidenti və baş naziri ilə səmərəli görüşlər keçirdiyini məmnunluqla xatırlayıb.

Mehmet Aydın Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını İ.Əliyevə çatdırıb. Türkiyə-Azərbaycan iqtisadi komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycana səfər etdiyini bildirən qonaq komissiyanın fəaliyyətinin ikitərəfli münasibətlərin, o cümlədən, iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyini qeyd edib.

İ.Əliyev Türkiyə baş nazirinin salamlarına görə minnətdarlığını bildirərək onun da salamlarını baş nazirə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti