...

VHP seçkilərdə 23 namizədlə iştirak edir

Siyasət Materials 31 İyul 2006 13:09 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı təşkilatlarının Məşvərət Məclisinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə VHP mətbuat xidmətindən bildiriblər.

Toplantıda partiyanın Bakı, Sumqayıt, Ağdam, Qubadlı, Şuşa, Cəbrayıl və Kəlbəcər rayon təşkilatlarının nümayəndələri iştirak ediblər. VHP Siyasi Şurasının üzvü Şəmsəddin Mirzəxanlı qurumun həftəlik fəaliyyəti və təkrar bələdiyyə seçkiləri barədə məruzə edərək deyib: "Təkrar bələdiyyə seçkilərində partiyanın 23 nəfər üzvü iştirak edir. Biz rayon təşkilatları olaraq onların təbliğat-təşviqat işlərini qurmalı və müxalifət partiyalarının yerli təşkilatları ilə seçki dövründə daha sıx əməkdaşlıq etməliyik. Bu cür əməkdaşlıq müxalif namizədlərin qələbə çalmaları üçün irəli atılmış addım olar".

Təkrar bələdiyyə seçkilərində namizəd irəli sürmüş rayon təşkilatlarına müvafiq tapşırıqlar verildi ki, digər müxalifət partiyalarının yerli təşkilatları ilə qarşılıqlı əməkdaşlıq etsinlər.

VHP Sumqayıt şəhər təşkilatının sədri Hilal Əliyev qeyd edib ki, AXCP Sumqayıt şəhər şöbəsi onların təşkilatına birləşib. Toplantıda partiya daxili və ölkədəki ictimai-siyasi proseslər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Toplantı iştirakçıları Yaxın Şərqdə başlanan müharibəni pisləyən bəyanat da qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti