...

Tiflisdə Gürcüstan-Azərbaycansərhədinin delimitasiyası üzrə birgə komissiyaların iclası keçiriləcək

Siyasət Materials 3 Avqust 2006 10:53 (UTC +04:00)

Avqustun 3-4-də Tiflisdə Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə iclası keçiriləcək.

Gürcüstan XİN-in İnformasiya və Mətbuat Departamentindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, görüşdə Gürcüstan tərəfini komissiyanın sədri, xarici işlər nazirinin müavini Georgi Mancqaladze, Azərbaycan tərəfini isə komissiyanın sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Gürcüstan XİN mənbələrindən Trend ə verilən məlumata görə, sərhəddəki bir sıra sahələr, xüsusilə Sadaxlı yaşayış məntəqəsi və David-Qareci monastır kompleksi yaxınlığındakı bir sıra sahələr razılaşdırılmamış qalır.

Xəbər lenti

Xəbər lenti