...

Barmek rəhbərliyinin prosesə cəlb olunması haqqında qərar istintaqın tamamlanmasından sonra qəbul olunacaq

Siyasət Materials 8 Avqust 2006 14:03 (UTC +04:00)

İki ay ərzində Barmek şirkətinə qarşı istintaq başa çatacaq və şirkətin vəzifəli şəxsləri layiq olduqları cəzanı alacaqlar. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 8-də jurnalistlərə Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib. Onun sözlərinə görə, istintaqın yekunlarına əsasən şirkət rəhbərliyinin istintaqa cəlb olunması məsələsi nəzərdən keçiriləcək.

Respublikanın Baş prokurorluğu Barmek elektrik-paylayıcı şirkətinə qarşı cinayət işi qaldırıb. İstintaq çərçivəsində şirkətin bir neçə əməkdaşı həbs olunub. Bu zaman onların arasında həm yerli, həm də əcnəbi vətəndaşlar olub.

Şirkətin əməkdaşları dövlət vəsaitlərinin oğurlanmasında, götürdükləri öhdəliklərin yerinə yetirilməməsində və başqa qeyri-qanuni hərəkətlərdə ittiham olunurlar. Hazırda bu iş üzrə istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti