...

Səfir: Azərbaycan xarici işləri naziri Özbəkistana rəsmi səfər edəcək

Siyasət Materials 14 Avqust 2006 20:14 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistana rəsmi səfər edəcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov avqustun 14-də Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Daşkəndə səfər cari ilin payızında təşkil olunacaq. Səfir vurğulayıb ki, hazırda həmin məsələ ilə bağlı danışıqlar gedir və səfər cari ilin oktyabr-noyabr aylarında keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti